Qərbin 2-3 ay ərzində Ukraynaya qoşun yeritməyə qərar verəcəyi istisna deyil.
AzerTimes xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.
O iddia edib ki, hazırda absurd və ağlasığmaz görünən məsələ iki-üç aydan sonra reallığa çevriləcək.
Orban dünya müharibəsinin artıq çox yaxın olduğunu vurğulayıb.
Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndəriləcəyini istisna etməmişdi.