Qərb ölkələri Kiyevin tərəfində Ukrayna böhranına hərbi müdaxilə imkanlarını nəzərdən keçirməlidir.
AzerTimes xəbər verir ki, bu sözləri finlandiyalı tarixçi Yussi Yalonen deyib.
“Hələlik Qərb ölkələrinin Ukraynanı silahla təmin etmək və hərbi müdaxilədən qaçmaq strategiyası iflasa uğrayıb”, – ekspert bildirib.
Onun sözlərinə görə, Ukrayna Qərbin belə iştirakı ilə Rusiyanı məğlub edə bilməyəcək.
Yalonen qeyd edib ki, Rusiya ordusu irəliləməkdə və qarşıya qoyulan vəzifələri yerinə yetirməkdə davam edir:
“Gec, yaxud tez, Avropa Birliyi, NATO ölkələri münaqişəyə birbaşa müdaxilə imkanlarını nəzərdən keçirməlidir”.
Bununla yanaşı, o, Rusiyanın taktiki nüvə silahını istifadə edəcəyini istisna etməyib.