Əgər Qərbin maliyyə yardımı olmasaydı, ukraynalılar maaş və pensiyasız qalacaqdılar. Ona görə də Avropa Birliyinin vəd etdiyi pulun tez bir zamanda gəlməsi vacibdir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.
“Ukrayna tərəfdaşlarından olduqca böyük dəstək alır. Dəstəyə görə ABŞ birinci, AB isə ikinci yerdədir. Almaniya da bu məsələdə ön sıralardadır, lakin vəd edilmiş 9 milyard avroluq paketin 3 milyard avrosu bloklanıb, çünki Berlin bu vəsaitləri kreditlər deyil, qrantlar şəklində təqdim etməyi təklif edir. Bizim üçün əsas olan onların tez gəlməsidir. Kredit və ya qrant şəklində gələcək, bu, o qədər də vacib deyil”, – Şmıqal bildirib.