Qərb ölkələrində qarşıdan gələn qış mövsümündə enerji qiymətləri kəskin şəkildə arta bilər, çünki Çinin iqtisadiyyatının bərpası sürətlənə bilər.
AzerTimes xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin direktoru Fateh Birol bildirib.
“Çin iqtisadiyyatının sürətlə bərpası və sərt qış şəraitində təbii qazın qiyməti qalxa bilər ki, bu da istehlakçıları çətin vəziyyətə salacaq”, – Birol qeyd edib.