Bir sıra Qərb ölkələri və strukturları Nikol Paşinyandan daxili işlər naziri Vahe Qazaryanı hökumətdəki rus casusu hesab edir və onun vəzifəsindən azad edilməsini tələb edirlər.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, son aylarda Ermənistanın yüksək rütbəli məmurları KTMT və MDB-nin demək olar ki, bütün tədbirlərini nümayişkaranə şəkildə rədd etdikləri halda, sentyabrda Vahe Qazaryan MDB ölkələrinin Daxili İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən növbəti iclasında iştirak edib.
“Hraparak” nəşrinin rəsmi dairələrdə olan mənbəsi Paşinyanın bu tələbə müqavimət göstərdiyini deyib, çünki Vahe Qazaryan onun sinif yoldaşıdır və ona etibar edir.