Qərb müharibəni İrana qarşı çevirir – Lukaşenko

Qərb müharibəni İrana qarşı çevirir – Lukaşenko

Qərb Yaxın Şərqdəki münaqişənin nizəsini İrana yönəldir. Tehranı bu hücumlara birgə müqavimət göstərmək üçün əməkdaşlığa çağırıram.

AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Dünyada vəziyyət qızışır. Yaxın Şərq böhranı buna təkan verir. Bizə dost olmayan dövlətlər – Amerika Birləşmiş Ştatları və Qərb bu münaqişənin nizəsini daim İrana qarşı yönəldir”, – o bildirib.

Lukaşenkonun fikrincə, Qərbin bu cür təzyiqlərinə cavab dost ölkələr arasında əməkdaşlıq olmalıdır:

“Cavabımız birdir: bir-birimizlə daha sıx işləməli, bu hücumlara qarşı birgə əməkdaşlıq etməliyik”.

Teqlər: