Qərb müasir qırıcıları Ukraynaya verəcəkmi?

Qərb müasir qırıcıları Ukraynaya verəcəkmi?

Müasir qırıcıların Ukraynaya mümkün təhvil verilməsi məsələsi iyunda NATO müdafiə nazirlərinin görüşündə müzakirə olunacaq.

AzerTimes xəbər verir ki, bunu “Şpigel”ə müsahibəsində NATO Baş katibi Yens Stoltenberq deyib.

“NATO müdafiə nazirlərinin iyun ayında keçiriləcək görüşündə də bunun müzakirə olunacağını güman edirəm”, – deyə baş katib bildirib.

O xatırladıb ki, Polşa və Slovakiya artıq sovet MiQ-29 qırıcılarını Ukraynaya təhvil verib. Qərb qırıcılarının göndərilməsi məsələsi isə müzakirə olunur.

Teqlər: