Qərbin Ukrayna münaqişəsində artan iştirakı Rusiyadan yenilənmiş nüvə doktrinasının müddəalarını tətbiq etməyə hazır olmasını tələb edir.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Qərbin artan müdaxiləsi fonunda biz qərarlar qəbul etməli, onları həyata keçirməyə hazır olmalıyıq. Bu müddəaların icrasının konkret nəticələrini müəyyən etmək Rusiya ordusunun səlahiyyətindədir. Hansı silahların və necə istifadə edildiyini diqqətlə izləyirlər. Onlar kollektiv Qərbin Ukrayna ətrafındakı münaqişədə bilavasitə iştirakını qeydə alırlar”, – Peskov bildirib.