Qərb liderləri Putini lağa qoydu: Çılpaq şəkildə ata minib…

Qərb liderləri Putini lağa qoydu: Çılpaq şəkildə ata minib…

Böyük Yeddilik (G7) sammiti öncəsi Qərb liderləri arasında diqqətçəkən dialoq yaşanıb.

AzerTimes xəbər verir ki, Böyük Britaniya Baş naziri Boris Conson sammit başlamadan öncə Rusiya Prezidenti Vladimir Putinlə bağlı zarafat etmək qərarına gəlib.

O, Sibir çöllərində üst geyimi olmadan ova çıxan Putinə eyham vuraraq “Jaketlə, yoxsa jaketsiz? deyə replika atıb, ardınca isə “Putindən daha cəsur olduğumuzu göstərməliyik” deyə bildirib.

Daha sonra isə Kanada baş naziri Castin Trudeo “Sinəmiz çılpaq halda ata minərək şou göstərəcəyik” söyləyib.

Bu dəfə Conson “Onlara əzələlərimizi göstərəcəyik” deyib. O, bu cümləsini bir neçə dəfə təkrarlayıb.

Teqlər: