Rusiyanın Belqorod şəhərindəki hərbi obyektləri Ukrayna ordusu üçün qanuni hədəflərdir.
AzerTimes xəbər verir ki, bunu Qərb kəşfiyyatının adı açıqlanmayan nümayəndəsi deyib.
O bildirib ki, Ukraynanın Rusiya ordusuna hücumları federasiya rəhbərliyinə ciddi psixoloji təsir edir:
“Mən hücumlar və partlayışlarda azalma görmürəm. Düşünürəm ki, hətta son zamanlar bu hadisələrdə daha çox artım olduğunu müşahidə edirik”.