Qərb Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində öz xidmətlərini təkidlə təklif edir.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Qərb Avrasiya qitəsinin digər bölgələrində də destruktiv fəallığını dayandırmır. Cənubi Qafqazda isə o, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması işində öz xidmətlərini israrla təklif edir. ABŞ və müttəfiqləri 20 illik işğaldan sonra Əfqanıstandan çıxaraq bu ölkədə həssas olan vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışır. Onlar həmçinin Mərkəzi Asiya ölkələrində hərbi mövcudluq üçün bəhanələr axtarır”, – Lavrov qeyd edib.