Qərb İran qadınlarından acıqlıdır – Xamenei

Qərb İran qadınlarından acıqlıdır – Xamenei

Ölkədə məcburi hicab qaydalarına qarşı qadınların etirazları düşmən hiyləsidir.

AzerTimes xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei qadın şairlərlə görüşündə deyib.

“1979-cu il inqilabında İranda baş verən inqilabda qadınlar xüsusi rol oynadığı üçün Qərb ölkələri tərəfindən sevilmir. Qərb ölkələri İran qadınlarından acıqlıdır”, – Xamenei bildirib.

Qeyd edək ki, 2022-ci il sentyabr ayından başlayan etiraz aksiyalarında 36 qadın İran hökumət məmurları tərəfindən öldürülüb. İnsan haqları təşkilatlarının hesabatlarına görə, məcburi hicaba etiraz etdiklərinə görə yüzlərlə qadın həbs edilib və onlardan bəziləri məcburi etiraf almaq üçün cinsi zorakılığa məruz qalıb.

Teqlər: