ABŞ və Avropa Rusiya ilə Mərkəzi Asiya ölkələri arasında gərginlik yaratmağa çalışır, lakin heç kim buna nail ola bilməyəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Qırğızıstan Prezidenti Sadır Japarovla görüşündə deyib.
“Yaxşı bilirik ki, həm Amerika, həm də Avropa Rusiya ilə Mərkəzi Asiya dövlətləri arasında bir gərginlik yaratmağa çalışır, bunun üçün böyük səylər göstərirlər. Amma kiminsə bunu bacaracağını düşünmürəm. Çünki həqiqətən dəyər verdiyimiz ümumi cəhətlərimiz çoxdur”, – o bildirib.