BMT-nin Baş katibi Antonio Quterreş Rusiya Prezidenti Vladimir Putinə andiçmə mərasimi ilə bağlı məktub göndərəcək.
AzerTimes xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.
“Hər dəfə olduğu kimi, dövlət başçısının andiçmə mərasimi ilə bağlı məktub (təbrik – red.) baş katib tərəfindən göndəriləcək”, – Düjarrik bildirib.
Qeyd edək ki, mayın 7-də Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.