Kreml Ukraynadakı vəziyyətlə bağlı Qərbdən hər hansı güzəştə hazırlıq görmür.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri arasında danışığın aparılması ilə bağlı plan hələlik yoxdur:
“Putinlə Baydenin danışması gündəmdə deyil. Lavrov və Blinkenlə bağlı məsələyə gəlincə, xahiş edirəm ki, bu sualla həmkarım Mariya Zaxarovaya müraciət edin”.