Gürcüstanda yeni rəngli inqilab etmək cəhdləri Qərbin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin Moskvada keçirilən müşavirəsində deyib.
“NATO-nun postsovet məkanında aqressiv siyasətinin həyata keçirilməsi çərçivəsində Qərbin xüsusi xidmət orqanlarının, diplomatik idarələrin və qeyri-hökumət təşkilatlarının, onların nəzarətində olan KİV-lərin təxribatçı fəaliyyəti genişlənir. Bu yaxınlarda onların birgə səyləri ilə Moldovada prezident seçkilərində Qərb üçün əlverişli olan səsvermənin nəticələri qəbul edildi və Gürcüstanda növbəti rəngli inqilab həyata keçirməyə cəhdlər edildi”, – Bortnikov bildirib.