Qərb daha iki ölkəni “ağuşu”na alır

Qərb daha iki ölkəni “ağuşu”na alır

Rusiyanın Ukraynaya qarşı ədalətsiz hərbi müdaxiləsinin olduğu bir vaxtda Albaniya və Şimali Makedoniyanın Avropa Birliyinə üzvlük yolunda irəliləməsi bütün Avropa qitəsinin həmrəylik və möhkəmliyinin gücləndirilməsinin açarıdır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken və AB-nin baş diplomatı Jozep Borrellin birgə açıqlamasında bildirilib.

“Hər iki ölkənin ümumi dəyərlərini nəzərə alsaq, AB-yə üzvlük istiqamətində növbəti addımı atmağa hazır olduqlarını söyləmək olar. Eyni zamanda, Albaniya və Şimali Makedoniya arasında azlıqların hüquqları və rəsmi dillə bağlı fikir ayrılığına qarşı atılan irəliləyişləri də müsbət qarşılayırıq. ABŞ və AB Qərbi Balkan ölkələri ilə daha yaxından əməkdaşlıq etməkdə qətiyyətlidir. Biz həm Şimali Makedoniyanın, həm də Albaniyanın maraqlarını və narahatlıqlarını nəzərə alan, qarşılıqlı hörmət, etimad və anlaşmaya əsaslanan kompromis təklifini alqışlayırıq. Şimali Makedoniya parlamentinin suveren qərarı irəliləyiş üçün əhəmiyyətli olacaq”, – açıqlamada bildirilib.

Teqlər: