Qərbin can atdığı ən pis ssenari Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Qərb qüvvələri Gürcüstan hakimiyyətindən bunu istədi və nəticədə dəfələrlə rədd cavabı aldı.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Belyayev “Moskva-Bakı”ya müsahibəsində deyib.
“Gürcüstan hakimiyyəti qərblilərlə razılaşmadığı məqamların sayını artırmağa, suveren siyasət yeritməyə cəhd etməyə başlayan kimi, dərhal tufan qopdu. Gürcüstan rəhbərliyi hesab edir ki, indi ölkənin AB-yə inteqrasiyasını müzakirə etmək dövlətə ziyan vuracaq. Hakim Gürcü Arzusu Partiyası Qərbim tələblərini yerinə yetirməkdən imtina etməyə başladı. Ukraynada Qərbin indi Gürcüstana tətbiq etdiyi oyun kartı tam olmasa da, işə yaradı və Rusiyanı bu cür siyasətlərinə qarşı öz resurslarından istifadə etməyə məcbur etdi”, – o bildirib.
Belyayev hesab edir ki, Qərb Gürcüstan və Ermənistanda bu kartı oynaya bilsə, dövlət çevrilişi həyata keçirə və öz himayədarlarını hakimiyyətə gətirə bilsə, bu, həm Rusiya, həm də Azərbaycan, İran və Türkiyə üçün problem olacaq:
“Bölgə alovlanacaq. Ermənistanda qərbyönlü Paşinyan hələ də ehtiyatlı davranır və iki kresloda oturur. O, hələ də Rusiya ilə münasibətdən lazım olanı götürür, eyni zamanda Qərbin tələblərini yerinə yetirir. Bu ikili oyunu görən Qərb artıq Ermənistan baş nazirinin cilovunu möhkəm saxlamağa və ölkədəki qərbyönlü partiyaları daha da nüfuzlu etməyə çalışmağa qərar verib”.