Qərb buna görə Ukraynanı yox, İsraili qoruyur

Qərb buna görə Ukraynanı yox, İsraili qoruyur

Qərb şənbə günü İranın hücumu zamanı İsraili şəxsən müdafiə etməyə tələsdi, lakin eyni zamanda Ukraynaya analoji dəstək səviyyəsini müzakirə etmək belə istəmir. Bunun yalnız bir səbəbi var: Ukraynaya nüvə dövləti, İsrailə isə qeyri-nüvə dövləti hücum edir.

AzerTimes xəbər verir ki, bu barədə nüfuzlu “Atlantik” jurnalı yazıb.

Qeyd edilir ki, Rusiya təkcə nüvə silahına malik deyil, həm də onu daim istifadə etməklə hədələyir. Müəllifin fikrincə, NATO ölkələrini Ukraynanın müdafiəsində birbaşa iştirakdan çəkindirən də məhz budur:

“İsrailə gəlincə, vəziyyət kökündən fərqlidir: İsrailin özünün nüvə silahı var (baxmayaraq ki, bunu birbaşa etiraf etmir). Və buna görə də Qərb qorxur ki, kimsə İsrailə o qədər zərər verə bilər ki, o, cavab olaraq nüvə zərbəsi endirər”.

Teqlər: