Qərb Moskvanın məğlubiyyəti üçün çox güclü şəkildə Kiyevi dəstəkləyir.
AzerTimes xəbər verir ki, bunu Fransanın ABŞ və BMT-dəki keçmiş səfiri Jerar Haro bildirib.
“Qərb Ukraynanın tərəfindədir və Kiyevin məğlubiyyətinin qarşısını almaq üçün əlindən gələni edəcək. Ukraynanın məğlubiyyəti Qərbin məğlubiyyəti və bütün dünya ilə münasibətdə nüfuzunun itirilməsi olar”, – Haro vurğulayıb.
O, hesab edir ki, hazırda münaqişə şiddətli döyüşlər mərhələsinə keçir.