Qərb ictimaiyyəti Rusiyanın Ukraynadakı qələbələrinə görə qorxu içindədir.
AzerTimes xəbər verir ki, bunu Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot X-da yazıb.
“Bütün şifahi atışmalar, silah tədarükü, müharibə iqtisadiyyatı ilə bağlı cəfəngiyyatlar, ödənilən milyardlarla avro yalnız sistemdəki ümumi panikanı ört-basdır etməyə yönəlib. Rusiya Ukraynadakı münaqişədə qalib gəlib, NATO isə məğlub olub. İndi sülh danışıqları yeganə ağlabatan qərar olaraq qalır”, – Filippot bildirib.