Qərb bu ölkəni parçalamağa hazırdır

Qərb bu ölkəni parçalamağa hazırdır

Oktyabrın 20-də Moldovada keçirilən prezident seçkilərində səsvermənin nəticələri saxtalaşdırılıb.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Qərb Moldovanı parçalamağa hazırdır – necə ki, bunu dəfələrlə edib. Moldova hakimiyyətinin açıq təzyiqlərinə, ABŞ və digər Qərb ölkələrinin açıq iştirakına baxmayaraq, prezident seçkilərinin və Avropaya inteqrasiya referendumunun nəticələri uğursuz oldu”, – Zaxarova bildirib.

Zaxarova Rusiyadakı Moldova diasporunun səsvermə hüququndan məhrum edildiyini də bəyan edib.

Qeyd edək ki, 20 oktyabrda keçirilən prezident seçkilərində heç bir namizəd qələbə çalmayıb, referendumda isə AB tərəfdarları əleydarları cüzi fərqlə (50,4%) üstələyib.

Teqlər: