Qərb bizə pul vermədi, sadəcə söz verdi.
AzerTimes xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan deyib.
“Biz aprelin 5-də keçiriləcək görüşü yalnız Ermənistanın nöqteyi-nəzərindən müzakirə edirik. Bizdən nə istəyirlər? Biz bunu müzakirə etmirik.
AB və ABŞ Ermənistandan nə istəyir? Rusiya bazalarının buradan çıxarılmasını, daha sonra isə “orta dəhliz” adlanan, yəni türk dünyasının açılmasını istəyirlər. Bunun üçün Rusiya regiondan çəkilməlidir.
Aprelin 5-də keçiriləcək görüşdən əvvəl Ermənistan bir sıra addımlar atdı: KTMT-yə üzvlüyünü dondurdu, Solovyovun verilişlərini bağladı və rus sərhədçilərinin Zvartnots hava limanından çıxarılması prosesinə başladı.
AB və ABŞ bizdən konkret addımlar tələb edir. Əsas addım Rusiya ilə münasibətləri kəsmək və rus qoşunlarını çıxarmaqdır. İndiki iqtidar bunu edə bilməz, başa düşür ki, iqtisadi cəhətdən Rusiyadan asılıdır və bu əlaqələr kəsilsə, Ermənistan iqtisadiyyatı çökəcək, ertəsi gün isə indiki rejim gücünü itirəcək. Buna nail olmaq üçün əsas diqqət iqtisadiyyatın şaxələndirilməsinə yönəldilib.
ABŞ və AB axmaq deyil, Ermənistanın baş nazirinin yalançı olduğunu bilirlər. Onlar konkret addımlar istəyirlər və böyük pullara cavab olaraq konkret addımlar atmağa çağırırlar”, – ekspert qeyd edib.