Qərb bizi qorumaq üçün resurs xərcləməyəcək – Manvelyan

Qərb bizi qorumaq üçün resurs xərcləməyəcək – Manvelyan

Qərb Ermənistanı qorumaq üçün resurs sərf etməyəcək. Bunu real siyasət adlandırırlar. Çünki onların Ermənistana vəsait xərcləməyə nə imkanı, nə istəyi, nə də strateji perspektivi var. Onları daha çox Azərbaycan öz resursları ilə maraqlandırır.

AzerTimes xəbər verir ki, bunu erməni tarixçi Armen Manvelyan deyib.

“Qərb Ermənistanla ona görə maraqlanır ki, İrəvan hələ də Rusiyanın təsiri altındadır. Kremlin bu ölkə üzərində təsiri bitsə, Qərbin marağı da bitəcək. Yəni, Rusiyanı Ermənistandan sıxışdırıb çıxarsalar, İrəvan daha onlara lazım olmayacaq”, – o bildirib.

Teqlər: