Qərarlardan asılı olmadan insanlar gigiyena qaydalarına əməl etməli, ara məsafəsini qorumalıdır – Vasif Əliyev

Nazirlər Kabinetinin qərarına əsasən mayın 1-dən etibarən
maskalardan istifadə tələbi ləğv olunacaq. Lakin, hazırda pandemiya
hələ bitməyib, yoluxma, yeni ştamların yaranması və yayılması
təhlükəsi hələ də qalır. Həmçinin, bir sıra ölkələrdə yoluxma və
ölüm saylarında artımlar da müşahidə olunur.

Məsələ ilə bağlı AzerTimes-ın suallarını cavablayan
həkim-infeksionist Vasif Əliyev bildirib ki, ölkədə epidemioloji
vəziyyət stabil olduğu üçün tibbi maskalardan istifadə məcburi
olmayacaq.

“Artıq yoluxma hallarının sayı çox aşağıdır və hazırda COVID-19
təhlükəsi görülmür. Düzdür bəzi ölkələrdə koronavirusa yoluxma
hallarında artım müşahidə olunsa da, ölkəmizdə epidemioloji
vəziyyət stabildir. Maska tələbi ləğv olunsa da, hələ də tövsiyyə
xarakteri daşıyır. İstər COVID-19, istərsə də digər infeksiyaların
yayıldığı bir zamanda əgər şəxs özündə yoluxma təhlükəsini görürsə,
yenə də maskadan istifadə edə bilər. Əgər ölkədə epidemioloji
vəziyyət pisləşərsə, yoluxma sayında artım müşahidə olunarsa,
Operativ Qərargah yenidən maska tələbəninin qüvvəyə minməsi ilə
bağlı qərar qəbul edə bilər. Lakin hal-hazırda olan vəziyyət stabil
olduğuna görə bu doğru addımdır. Verilən qərarlardan asılı olmadan
insanlar gigyena qaydalarına əməl etməli, ara məsafəsini qorumalı,
ehtiyac olduqda maskadan istifadə etməlidir”, – deyə o qeyd
edib.

Teqlər: