Qərar verildi: Kiyev daha bir “Patriot” alır

Qərar verildi: Kiyev daha bir “Patriot” alır

ABŞ Prezidenti Co Bayden Ukraynada daha bir “Patriot” raket sisteminin yerləşdirilməsinə razılıq verib.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Baydenin qərarı keçən həftə bir sıra yüksək səviyyəli görüşlərdən və ABŞ-ın döyüş hazırlığına xələl gətirmədən Ukraynanın hava hücumundan müdafiəyə olan təcili ehtiyaclarının necə ödənilməsinə dair daxili müzakirələrdən sonra qəbul edilib.

“Patriot” sisteminin Polşadan göndəriləcəyi bildirilib.

Qeyd edək ki, ötən gün Almaniya kansleri Olaf Şolts da Ukraynaya 3-cü “Patriot”u göndərəcəklərini açıqlayıb.

Teqlər: