Qərar verildi: Bu hüquq Ukraynadan alındı

Qərar verildi: Bu hüquq Ukraynadan alındı

“Avroviziya-2023” mahnı müsabiqəsi Böyük Britaniyada keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi məlumat yayıb.

“Təəssüf ki, növbəti ildə müsabiqə təhlükəsizlik səbəbindən Ukraynada keçirilməyəcək”, – məlumatda qeyd edilib.

Ukraynada müharibə səbəbindən müsabiqənin 2022-ci ildə ikinci yeri tutan Britaniyada keçirilməsinə qərar verilib. Yaxın aylarda konkret yer və tarix açıqlanacaq.

Qeyd edək ki, 2022-ci ildə Ukraynanın “Kaluş Orkestri” qrupu “Avroviziya” mahnı müsabiqəsində qalib gəldiyi üçün qaydalara əsasən, Ukrayna növbəti mahnı müsabiqəsinə ev sahibliyi etməli idi. Lakin Ukraynanın şəhərləri Rusiya tərəfindən atəşə məruz qaldığı üçün iştirakçıların və tamaşaçıların təhlükəsizliyinə təminat vermək mümkün deyil.

Teqlər: