Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatından sonra onun komitədəki səlahiyyətlərini kimin icra edəcəyi müəyyənləşib.
AzerTimes xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa məlumat verib.
Onun sözlərinə görə, parlamentin nizamnaməsinə əsasən, komitə sədri olmadığı halda vəzifələrin icrası sədr müavininə ötürülür:
“Yəni komitə sədri seçilməyənə qədər komitə sədrinin müavini kimi iclaslara mən rəhbərlik edəcəyəm. Komitə sədri seçiləndən sonra proses əvvəlki qaydada davam edəcək”, – F.Mustafa əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O, ll Fəxri xiyabanda torpağa tapşırılıb.