Qənirə Paşayeva yüksək vəzifəyə seçildi

Qənirə Paşayeva yüksək vəzifəyə seçildi

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasının hazırkı sədrinin müavini seçilib.

AzerTimes xəbər verir ki, bu barədə Antalyada keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyası qərar qəbul edib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop hazırda Asiya Parlament Assambleyasının sədridir.

Teqlər: