Qəlyan tütünü aksizli malların siyahısına daxil edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda bəzi tütün növləri aksizli malların siyahısına daxil edilir.

AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat vergi dərəcəsi müəyyən edilir.

Teqlər: