Qələbəmi şəhidlərimiz xatirəsinə həsr edirəm – gimnastımız Maqsud Maqsudov

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında qazandığım qələbəni Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz əziz xatirəsinə həsr edirəm.

Bu barədə AzerTimes-a 13-14 yaş qrupunda kişilər arasında batut üzrə fərdi hərəkətlərdə qızıl medal qazanan gimnastımız Maqsud Maqsudov deyib.

İdmançı bildirib ki, yarışlar əla, müsbət ab-havada keçirilib. Nəticədən razıyam və qazanılan medala görə şadam. Məqsədimizə nail ola bildik, bu, çox yaxşı nəticədir. Proqramı həyata keçirərkən öz bacarıqlarımı nümayiş etdirmək, hər şeyi səhvsiz etmək istəyirdim. Bu, artıq mənim batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları Yarışlarında ikinci qızıl medalımdır, ümid edirəm ki, gələcəkdə də bu cür davam edəcəm”.

Maqsud Maqsudov öz ailəsinə minnətdarlığını bildirib, yaxınlarının ona hər zaman dəstək və köməklik göstərdiyini bildirib.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışları 32 ölkədən 650 idmançı iştirak edəcək.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışacaqlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edəcək. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Teqlər: