Qələbə: Demokratlar Senata nəzarət edəcək

Qələbə: Demokratlar Senata nəzarət edəcək

Demokratlar ABŞ Konqresinin yuxarı palatasına nəzarəti əldə saxlayacaqlar.

AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

“Respublikaçıların ümidlərinə sonuncu zərbə Nevadada vuruldu. Bu ştatda keçirilən aralıq seçkilərdə hazırkı Demokrat senator Ketrin Kortez Masto qalib gəlir”, – məlumatda bildirilib.

Son məlumata görə, səslərin 96 faizinin sayılmasından sonra Masto 48.7 faiz səslə Respublikaçılardan olan rəqibi Adam Laksaltı qabaqlayıb.

Bildirilib ki, Demokratların Nevada ştatında qələbəsi onların Senatda ən azı 50 yerə sahib olması deməkdir, Respublikaçılar isə indiyədək 49 yer əldə ediblər.

Teqlər: