Xəbər - Humay Ağacanova – Trend:
Noyabrın 20-21-də Bakının Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün sıradan çıxmış köhnə temperatur şovları yenilənib.
Bu barədə Trend-ə Azərbacyan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumata görə, təmir-tikinti işləri körpünün “Qələbə” dairəsi istiqaməti üzrə hərəkət hissəsində aparılıb.
Sürücülər yol ötürücüsünün sözügedən hissəsi üzrə rahat və təhlükəsiz şəkildə avtonəqliyyat vasitələrini idarə edə bilərlər.