1947-ci ildə Cənubi Afrika mağarasında daşlaşmış qalıqları aşkar edilən “mağara qadını Ples”ə aid qalıqlar elm adamlarının düşündüyündən daha qədimdir.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı BBC yayıb.
Müasir radiaktiv sınaq üsulları indi ilkin insan qruplarının düşünüldüyü kimi 2,6 deyil, əslində 3,4-3,7 milyon il əvvəl Yer üzündə gəzdiyini göstərir.
Smitsonian Muzeyinin tədqiqat nəticələrinə görə qədim insanlar müasir insanlardan daha qısa idi. Kişilərin boyu orta hesabla 138 sm, qadınlar isə orta hesabla 115 sm idi.