Dekabrın 15-nə qədər qəbul imtahanlarının cədvəlini hazırlayıb ictimaiyyətə təqdim edəcəyik.
AzerTimes xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, imtahan vaxtları ilə bağlı müvafiq təşkilatlarla danışıqlar və dəqiqləşdirmələr aparılır :
“Hazırda bunun üzərində iş gedir. İlin sonuna doğru, dekabrın 15-nə qədər cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırıb ictimaiyyətə təqdim edəcəyik”.