Qəbul edilmiş amnistiya aktı Azərbaycanda həyata keçirilən humanizm siyasətinin bariz nümunəsidir

5 noyabr 2021-ci il tarixdə Milli Məclis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan olunması barədə qanun layihəsini təsdiq edib. Bu günə kimi Azərbaycanda humanizm siyasətinin davamlı olaraq həyata keçirilməsi nəticəsində 1995-ci ildən başlayaraq bu günə kimi 67 əfv fərmanı və sərəncamı imzalanmışdır. Bu müddət ərzində 11 amnistiya aktı qəbul edilib. İndiyə qədər qəbul edilmiş amnistiya aktları ümumilikdə 117 min şəxsə şamil olunub.

5 noyabr 2021-ci il tarixində qəbul edilmiş amnistiya aktı öz miqyasına və əhatə dairəsinə görə bu günə qədər qəbul edilmiş ən böyük amnistiya aktıdır.

44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Zəfərin birinci ildönümü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim olunmuş bu amnistiya aktının ümumilikdə 16 mindən çox şəxsə şamil olacağı gözlənilir. Bu amnistiya aktı on minlərlə azərbaycanlının 8 noyabr-Zəfər Günü sevincinə əlavə sevinc qatmışdır və Azərbaycanda həyata keçirilən humanizm siyasətinin bariz nümunəsidir.

Rauf Əliyev,
Milli Məclisin deputatı

Teqlər: