Qədim eskulaplar hesab edirdilər ki, bağırsağı pis işləyən insanı sağlam adlandırmaq olmaz. Böyük Hippokrat iddia edirdi – “Möhkəm sağlamlıq, mükəmməl təmizlənməni nəzərdə tutur”. Xroniki qəbizlik yalnız xoşagəlməz bir əlamət deyil, eyni zamanda bir çox təhlükəli xəstəliklərin səbəbidir.
Qəbizlik nədir?
Qəbizlik, defekasiyanın bir neçə gün aralıqlarla və ya çox çətinliklə baş verdiyi və ağrı hissi ilə müşayiət olunan bağırsaqların işində bir nasazlıqdır. Normada nəcis ifrazı hər gün olmalıdır, səhər saat 6-dan 12-ə qədər. Niyə məhz bu vaxtı? Birincisi, nəcisin porsiyası gecə yuxusu zamanı formalaşır, çünki yoğun bağırsaq bütün gecəni işləyir. İkincisi, səhər 3 güclü refleks (çağırış) yaranır: ortostatik – yataqdan qalxdığımızda şaquli vəziyyətə, siqmorektal – bağırsağın aşağı düşməsinə və qastrorektal – qıdanın qəbul edilməsinə. Buna görə də, səhər tələsərkən çalışın çağırışları saxlamayın. Bununla belə, sutka ərzində 2-3 defekasiya aktının olması 2 sutka ərzində nəcis ifrazının olmaması kimi normal sayılır. Kənara çıxmalar individual xarakter daşıya bilər.
Qəbizliyin ən çox görülən səbəbləri hansılardır?
Bir tərəfdən, qəbizliyin yaranmasına yüksək həyat tempi, oturaq həyat tərzi, sinir gərginliyi, psixoloji stress, daimi zehni və fiziki yorğunluq təsir göstərir. Digər tərəfdən, çox vaxtı bu əzab pasiyentin günahına görə inkişaf edir: qida rasionunda tərəvəz və meyvələrin azaldılması, xüsusilə tələsik, “ayaq üstü atışdırmalar”, tez qidalanma (fast food), müxtəlif buterbrod, hamburger və hot-doqlarla qidalanma, mayenin az qəbul edilməsi, adekvat fiziki yükləmələrin olmaması və s. Qəbizlik endokrin və həzm sistemi tərəfindən bəzi xəstəliklərin nəticəsi ola bilər. Hamiləlik və qocalıq dövründə hormonal dəyişikliklər səbəbindən bağırsaq funksiyasının pozulması, qidalanma və suyun dəyişməsi ilə bağlı «səyahətçi qəbizliyi» mümkündür. Bağırsağın peristaltikasını inhibə etmək kimi yan təsirə malik olan bəzi dərman preparatlarının (bəzi ağrıkəsicilər, antidepressanlar, dəmir preparatları və s.) qəbulu, yanaşı xəstəliklər nəticəsində məcburi yataq rejiminin olması qəbizliyə səbəb ola bilir.
Xroniki qəbizlik nə ilə təhlükəlidir?
Xroniki qəbizliyin kədərli nəticələri üzün sağlam olmayan rəngi, yağlı dəri, sızanaqlar, ağızdan xoşagəlməz qoxu, gəyirmə, köp, piylənmə və s. ola bilər. Lakin bu, buzdağının yalnız zirvəsidir, çünki orqanizmdə daha xoşagəlməz proseslər baş verir. Bütün sistemlər, qan, limfa sistemi şlaklanmaya (tullantı maddələrinin orqanizmdə toplanması) məruz qalır, qaraciyər, ürək, ağ ciyər, böyrəklər əziyyət çəkir, orqanizmi toksiki tullantılardan azad etmək üçün daha böyük qüvvə sərf etmək məcburiyyətində qalır, daha yüklü çalışırlar.
Qəbizlikdən əziyyət çəkənlərə tövsiyələr:
Hər şeydən öncə rasionda qida liflərinin miqdarını (buğda kəpəyi və ya meyvə), maye qəbulunu >3 L/günə qədər artırmaq və uzun müddətli ac qalmaqdan çəkinmək lazımdır. Tez-tez aralıqlarla az miqdarda yemək qəbizliyin qarşısını alır. Həyat tərzini dəyişmək də vacibdir – sistematik fiziki aktivlik və defekasiya aktının sakit vəziyyətdə keçirilməsi üçün müntəzəm cəhdlər tövsiyə edilir. Pəhriz və həyat tərzində dəyişikliklər kömək etmirsə, işlədici vasitələrdən istifadə oluna bilər. Lakin nəzərə almaq lazımdır ki, bəzi işlədicilər uzun müddət ərzində qəbul edilməsi zamanı öyrəşmə yarada bilirlər, bu isə getdikcə dozanın artırılmasına, yəni asılılığa və gələcəkdə “tənbəl bağırsaq” sindromunun yaranmasına səbəb ola bilir. Buna görə də, eyni zamanda bağırsaq möhtəviyyatının tranzitini normallaşdıran, spazmı və ağrı sindromunu aradan qaldıran, asılılığa səbəb olmayan, ən əsası isə həyat keyfiyyətini yaxşılaşdıran təbii tərkibli vasitələri qəbul etmək tövsiyə edilir.
Qəbizlikdən şikayətçi olan insanların bir qismi qeyd olunan tövsiyələrə əməl etməklə həkimə getmədən belə sağala bilirlər. Lakin uzun müddət davam edən qəbizlik hər hansı bir ciddi xəstəliyin xəbərcisi ola bilər. Əgər yuxarıda qeyd olunan tövsiyələrə ciddi əməl olunmasına baxmayaraq, qəbizlik problemi davam edərsə, mütləq həkimə müraciət edin!
Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliklərlə yanaşı müxtəlif xəstəliklərə qarşı effektiv və təsirli bir mübarizə üçün yüksək keyfiyyətli dərmanlar, təbii dərmanlar, kosmetik və gigiyena məhsulları, uşaq qidaları və tibbi ləvazimatlar üçün *7700 ilə əlaqə saxlayaraq axtardığınız dərmanları pulsuz çatdırılma ilə əldə edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (WhatsApp) nömrəsinə yaza, və ya * 7700 ilə əlaqə saxlaya bilərsiniz.
Mobil tətbiq aptekonline.az.
Mobil tətbiqi buradan yükləyin:
aptekonline.az/qr
aptekonline.az
onlineaptek.az
Çatdırılma Pulsuzdur!