Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir – Deputat

Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir – Deputat

Bələdiyyələrin, bələdiyyə üzvlərinin sayının azaldılması lazımdır.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”nin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Siyavuş Novruzov deyib ki, Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır: “Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaq”.

Teqlər: