Qəbələnin meyvə bağlarında zərərli orqanizmlər aşkarlanıb (FOTO)

Xəbər - Çingiz Səfərli – Trend:

Qəbələnin meyvə bağlarında aparılan monitorinqlər zamanı zərərli orqanizmlər aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən AzerTimes-a verilən məlumata görə, meyvə bağlarında karantin tətbiq edilən Kaliforniya çanaqlı yastıcası (Comstockaspis perniciosa), karantin tətbiq edilməyən alma meyvəyeyəni (Cydia pomonella), qanlı mənənə (Eriosoma lanigerum), armud ballıcası (Psylla pyri), meyvə milçəyi (Drosophila melanogaster), armud şəbəkəli taxta biti (Stephanitis pyri), almanın alternariozu (Alternaria mali) aşkar edilib.

Aşkar edilmiş zərərli orqanizmlər haqqında təsərrüfat sahiblərinə geniş məlumat verilib, onlara qarşı müvafiq bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə bağlı zəruri tövsiyələr verilib.

Monitorinqlər zamanı, həmçinin ixrac potensiallı müəssisələrə ixrac zamanı sahibkarın vəzifə və öhdəlikləri, fitosanitar ixrac prosesləri və xarici ölkələrin idxal fitosanitar tələbləri haqqında bağ sahiblərinə maarifləndirici məlumatlar verilib. Eyni zamanda müayinələrin aparılması üçün məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Twitter: @cingizsafarli

Teqlər: