Qəbələdə sel sularına qarşı mübarizə tədbirləri gücləndirilir (FOTO)

Qəbələdə torpaq kanallar lildən təmizlənir, sel sularına qarşı
mübarizə tədbirləri gücləndirilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Trend-ə bildirib ki, Qəbələ Suvarma Sistemləri
İdarəsi tərəfindən rayonun və kəndlərin, yaşayış məntəqələrinin,
eyni zamanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin sel
sularından mühafizəsini təşkil etmək üçün 2022-ci ilin
planlaşdırılmasına uyğun olaraq bu məqsədlə 1320 kubmetr daş-beton
bəndin, 100 kubmetr qabion bəndin, 50 kubmetrə yaxın şax bəndin
vurulması və çay məcralarının təmizlənməsi işləri nəzərdə tutulub.
Bu ilin yanvar ayından idarənin texnikaları vasitəsi ilə başlanan
məcra təmizləmə işləri bu gün də davam etdirilir. Ümumi olaraq
Qəbələ rayonunda 15 km-dən artıq daş-beton bənd vurulub. Bu il də
dağ çaylarında daş-beton bəndin vurulması üçün hazırlıq işlərinə
başlanılıb.

Qəbələ Suvarma Sistemləri İdarəsi tərəfindən 2022-ci ildə 15924
ha suvarılan sahəni su ilə təmin etmək məqsədi ilə kanal və
arxlarda lildən və kol – kosdan təmizləmə işləri planlaşdırılıb.
Yanvar – Fevral ayları ərzində idarənin texnikaları vasitəsi ilə 28
km-dən artıq məsafədə kanal və arxlar lildən təmizlənərək istismara
hazır vəziyyətə gətirilib. Hazırda da işlər sürətlə davam
etdirilir. 2021-ci ildə 1800 metr təsərrüfatlararası kanallarda
beton üzlük çəkilib ki, bütün bu tədbirlər sudan səmərəli və
itgisiz istifadəyə səbəb olub. Belə olduğu halda rayonda fəaliyyət
göstərən fermerlərin suvarma suyu ilə təminatı ildən-ilə
yaxşılaşır.

Qeyd edək ki, Qəbələ Suvarma Sistemləri İdarəsinin balansında
972 km kanal və arxlar mövcuddur. Rayon ərazisində yerləşən əkin
sahələrinin suvarılması üçün 12 suvarma mənbəyindən su
götürülür

Teqlər: