Qəbələdə qanunsuz ağac kəsənlərə cinayət işi açılıb

“Facebook” sosial şəbəkəsində “ecofront” adlı səhifədə Qəbələ
rayonunun Məmmədağalı kəndində ağacların qanunsuz kəsilməsi ilə
bağlı məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar
icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, müəyyən edilib ki, Qəbələ Regional Meşə Təsərrüfatı
Mərkəzinin Yenikənd meşəbəyliyinin 11 saylı dolayının vəzifəli
şəxslərinin Qəbələ rayonu Məmmədağalı kəndi ərazisində bioloji
inkişafda olmuş meşə fonduna daxil olan 55 ədəd müxtəlif cinsli və
diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində 11 min manat
məbləğində ziyan dəyməsi dövlətin qanunla qorunan mənafelərinə
mühüm zərər vurulmasına səbəb olub.

Fakt üzrə Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və
314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanılaraq
istintaqın aparılması üçün Qəbələ rayon prokurorluğuna
göndərilib.

Teqlər: