Bu gecə Azərbayacanın Qəbələ rayonunda bir-birinin ardınca iki zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, ilk təkanlar gecə saat 05 radələrində qeydə alınıb.
İlkin məlumatlara əsasən, yerli vaxtla saat 05:45-də Qəbələdən 24 km şimal-qərbdə rayonun ərazisində olan zəlzələnin maqnitudası 4 olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Maqnitudası 3,2 olan ikinci təkan isə saat 07:56-da Qəbələdən 23 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.