Yanvarın 6-sı saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mersedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin – 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən ölüb.
Araşdırma aparılır.