Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, rayonun Mıxlıqovaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Roman Eyyubov və Nəvai Əliyev inzibati məsuliyyətə cəlb olunaraq hər biri 400 manat məbləğində cərimələnib.