Qəbələdə iki nəfəri öldürməyə cəhd edən şəxsin cinayət işi
məhkəməyə göndərilib.
Qəbələ rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, 23
oktyabr 2021-ci il tarixdə Qəbələ rayonu, Zarağan kəndində Gülnarə
Qəribovaya və dayısı oğlu Murad Musazadəyə bıçaqla xəsarətlər
yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə
istintaq tamamlanıb.
Aparılmış istintaqla Ağdaş rayon sakini Sədi Qəribovun qeyd
edilən tarixdə Zarağan kəndində yaşayan qohumuna məxsus evdə bacısı
Gülnarə Qəribova və dayısı oğlu Murad Musazadəyə bıçaqla çoxsaylı
xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı
şübhələr müəyyən edilib.
Sədi Qəribov Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha
çox şəxsi öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs
qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər
Məhkəməsinə göndərilmişdir.