Qəbələdə gecə saatlarında işləyən restoran aşkarlanıb

Qəbələdə karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Soyuq bulaq” restoranının gecə saat 1 radələrində sanitar–epidemioloji normaları pozaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən restoranın sahibi Cavid Vahabovla profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onun diqqətinə çatdırılıb.

C.Vahabov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb edilib.

Teqlər: