Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazi subasmaya məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə FHN-nin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, nəticədə fərdi yaşayış evində 2 azyaşlı köməksiz vəziyyətdə qalıb.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qrupu cəlb olunub.
Xilasedicilər tərəfindən köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.