Qəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın hadisəsi baş verib.
Bu barədə AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda ETSN-in bütün yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi və meşəyə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.