Qəbələdə Aytacı qətlə yetirən qadın həbs edildi

Xəbər - Fərid Zöhrabov – Trend:

Qəbələ 23 yaşlı qadını qətlə yetirməkdə təqsirləndirilən Kemale
Maksumbekovanın barəsində həbs qətimkan tədbiri seçilib.

AzerTimes-ın məlumatına görə, məhkəmənin qərarı ilə
K.Maksumbekovanın barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri
seçilib.

Qeyd edək ki, martın 5-də Aytac Əliyevanın meyitinin rayon
ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Aparılmış ilkin araşdırmalarla Qəbələ rayonu ərazisində Kemale
Maksumbekovanın 2008-ci il təvəllüdlü azyaşlı oğlu ilə birlikdə
şəxsi münasibətlər zəminində 1999-cu il təvəllüdlü Aytac Əliyevanın
baş nahiyəsinə daşla xəsarət yetirdikdən sonra yapışqanla baş və
boyun nahiyəsini bağlaması nəticəsində sonuncunun boğularaq
ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Kemale Maksumbekova şübhəli şəxs qismində tutularaq istintaqa
cəlb edilib.

Teqlər: