Qəbələ rayonunun Tövlə kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 15 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 3 m² sahədə və yaxınlıqda dayanan istifadəyə yararsız “Karsan” markalı mikroavtobusun yanar hissələri yanıb. Evin qalan hissəsi yanğndan mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.